SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyada keçirilən "Zaqreb Open"də finala yüksəlib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə iranlı Əmir Hüseyn Abbasla qarşılaşacaq.

92 kq-da mübarizə aparan Osman Nurmaqomedov ABŞ təmsilçisi Conatan Ayello, 97 kq-da Maqomedxan Maqomedov polşalı Radoslav Baran bürünc medal qarşılaşmasına çıxacaq.

Qadınlardan isə 50 kq-da yarışan Mariya Stadnik 3-cü yer uğrunda görüşdə çinli Men Fanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

BAKU.WS