Bu beş prinsip ürəyinizə faydalı olacaq: Sağlam qəlb üçün tövsiyələr

Son illərdə ürək-damar xəstəlikləri getdikcə daha gənc yaşlarda rast gəlinir. Bu isə əsasən müasir həyat tərzinin nəticəsidir.
BAKU.WS xəbər verir ki, mütəxəssislər ürəyi gücləndirmək və onu qorumaq üçün bir neçə əsas qaydanı tövsiyə edirlər. Onlardan biri isə siqaretdən tamamilə imtinadır.
Siqaretdən uzaq durun
Əksər insanlar siqaretin ağciyər xəstəliklərinə səbəb olduğunu bilsə də, onun ürəyə də ciddi zərər verdiyindən xəbərsizdir. Məlumata görə, ürək-damar xəstəliklərindən baş verən hər dörd ölümdən biri siqaret çəkmə ilə əlaqəlidir. Nikotin damarları daraldır, qan axınının qarşısını alır və təzyiqi artırır. Bu isə hipertoniya və infarkt riskini yüksəldir. Qeyd edək ki, passiv siqaret çəkənlər də bu riskə məruz qalır.
Tütün tüstüsünün digər təsirləri də var:
-
Qanda trigliserid səviyyəsini artırır – bu, orqanizmdə yağın saxlanma formasıdır və normadan artıq olduqda ürək xəstəliklərinə səbəb ola bilər.
-
Yaxşı xolesterin səviyyəsini (HDL) azaldır.
-
Trombositlərin yapışmasına səbəb olur, bu isə qanı qatılaşdırır və dövranını çətinləşdirir.
-
Damar divarlarını zədələyir, nəticədə xolesterin və trombositlər bu hissələrə yığılaraq lövhəciklər yaradır.
Araşdırmalar göstərir ki, alternativ siqaret formaları – o cümlədən elektron siqaretlər – ənənəvi siqaret qədər zərərlidir. Münhen Universiteti Klinikasının araşdırmasına əsasən, birdəfəlik elektron siqaretlərdə nikotin qan plazmasında daha yüksək səviyyədə olur.
Ürəyinizi qorumaq üçün ilk addım siqaretdən imtina etməkdir. Bu, həm sağlam, həm də uzun ömür üçün vacib şərtdir.
Oxşar xəbərlər
İsti havalarda hansı geyimlər daha uyğundur? — Yay üçün vacib geyim tövsiyələri
Yay fəslində temperaturun yüksəlməsi ilə bədən temperaturunu tarazda saxlamaq və istidən qorunmaq üçün geyim seçimi olduqca vacibdir. Mütəxəssislər isti havalar...
