SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın sabiq forvardı İbrahima Vadji “Sent-Etyen”dən ayrıla bilər.

BAKU.WS xəbər verir ki, Seneqallı hücumçu mövsümün əvvəlində Azərbaycan çempionundan keçdiyi Liqa 2 klubunda ümidləri doğrultmur.

Baş məşqçi Loren Battlzın istəyi ilə “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaq qərarına gəlib.

Fil Dişi Sahilidən olan forvardın icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Sent-Etyen” onu yanvarda yenidən heyətinə cəlb etməyə çalışacaq.

“Qarabağ” 2021-ci ilin yayında Norveç “Höqesunn”undan 500 min avro qarşılığında transfer etdiyi İbrahima Vadjini bu ilin avqustunda 1,6 milyon avroya “Sent-Etyen”ə satıb.

Fransızlarla 3 illik müqavilə imzalayan 27 yaşlı afrikalı Liqa 2-də keçirdiyi 10 oyunda 3 qol vurub.

Sportinfo.az-ın məlumatına görə, “Qarabağ“ yanvarda Vadjini icarəyə götürmək variantını nəzərdən keçirir.

Hücumçu axtarışında olan Qurban Qurbanov onu və komandanı yaxşı tanıyan, adaptasiya üçün zaman istəməyəcək seneqallını ən pis halda 1 il müddətində yenidən öz sərəncamında görmək niyyətindədir.

Sadəcə, Vadjiyə başqa təkliflər də var. Liqa 2-nin təmsilçiləri ilə yanaşı, Türkiyə və Yunanıstandan da onav dəvətlər gəlib.

Maraqlıdır ki, afrikalı legioner seçim etməyi xanımının öhdəsinə buraxıb. Həyat yoldaşı hara getmək istəsə, o da ora yollanacaq.

BAKU.WS