VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

***21:37

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başa çatıb.

Burada da hesab (1:1) dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

***21:31

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

117-ci dəqiqədə fərqlənən Bruno Petkoviç Avropa təmsilçisinin heyətində fərqlənərək, hesabı bərabərləşdirib.

***21:16

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

***20:57

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başlayıb.

Hələlik oyunda hesab açılmayıb - 0:0.

***20:52
Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.

Buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.

Qolsuz bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

***20:01

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya və Braziliya oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***18:04

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Xorvatiya: 1.Livakoviç, 22. Yuranoviç, 6. Lovren, 20. Qvardiol, 19. Sosa, 11. Brozoviç, 8. Kovaçiç, 10. Modriç, 4. Pasaliç, 9. Perisiç, 15. Kramariç

Braziliya: 1. Alisson Bekker, 14. Eder Militao, 3. Tiaqo Silva, 4. Markinyos, 2. Danilo, 5. Kazemiro, 10. Neymar, 7. Lukas Paketa, 9. Rişarlison, 11. Rafinya, 20. Vinisius Junior.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

BAKU.WS