Niderland millisinin baş məşqçisi Lui Van Qal mundialda Argentina ilə 1/4 final matçı öncəsi açıqlama verib.
BAKU.WS xəbər verir ki, 71 yaşlı məşqçiyə mətbuat konfransında "Messini necə dayandıracaqsınız?" - sualı ünvalanıb.
Lui Van Qalın Messi ilə bağlı suala verdiyi cavab isə belə olub: "Sizə öz taktikamızı açıqlamayacağıq. Öz taktikamızı sizə söyləmək axmaqlıq olardı".
Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsində Niderland və Argentina arasında matç 23:00-da start götürəcək.
BAKU.WS