17 yaşlı qıza sevgi etirafı edən Benzema tənqid atəşinə tutulub
08
apr
2025
18:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda "Əl-İttihad"da çıxış edən "Real Madrid"in keçmiş hücumçusu Kərim Benzema yenə qalmaqala səbəb olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu dəfə Benzemanın yetkinlik yaşına çatmayan qıza mesaj yazdığı ortaya çıxıb.
Söhbət 17 yaşlı musiqiçi Lil Taydabdan gedir. Gənc qız Benzemanın "Instagram"da onunla mesajlaşdığını açıqlayıb.
"Youtube"da yayımlanan müsahibə zamanı ondan Benzema haqqında soruşublar. Lil Taydab belə cavab verib: "O mənim mesaj qutumdadır".
Qeyd edək ki, onun "Instagram"da 5 milyondan çox izləyicisi var.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...