17 oyunluq seriya bitdi! Renatın komandası "Qalatasaray”ı məğlub etdi - FOTO

17 oyunluq seriya bitdi! Renatın komandası Qalatasaray”ı məğlub etdi - FOTO
Foto
İdman 1

Türkiyə Super Liqasının 12-ci həftəsində "Qalatasaray" səfərdə "Hatayspor"la qarşılaşıb.

BAKU.WS xəbər verir ki, 3 qolun vurulduğu görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Qolları 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. İstanbul təmsilçisində 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.

Beləliklə sarı-qırmızılılar bu mövsüm Super Liqada ilk dəfə meydançadan məğlub ayrılıb.

Xatırladaq ki, görüşə start heyətdə başlayan millimizin futbolçusu Renat Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Hatayspor" 17 xalla 9-cudur, lider "Qalatasaray"ın 31 xalı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər