Boks üzrə dünya çempionu 37 yaşında öldü - FOTO

Meksikalı boksçu Moyzes Fuentes 37 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleyman bildirib.
“Son nəfəsinə qədər vuruşan döyüşçü. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə Süleyman sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, idmançı 13 ay əvvəl David Kuelyara 4-cü raundda nokautla məğlub olmuşdu. Həmin döyüşdə Moyzes Fuentes başından zədə almışdı. Fuentesdə qan laxtası aşkar edildikdən sonra beyində şişkinliyi azaltmaq üçün komaya salınmışdı.
Moyzes Fuentes peşəkar karyerasına 2007-ci ildə başlayıb və 2011-ci ilə qədər məğlubiyyət dadmayıb. O, WBO-nun yüngül çəkidə dünya çempionudur. Karyerası ərzində 25 qələbəsi, yeddi məğlubiyyəti olub.

Oxşar xəbərlər
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI
Azərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən st...