"Qarabağ" futbol klubu baş məşqçi Qurban Qurbanovun aylıq 50 min dollar maaş alması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov azvision.az-a bildirib ki, Qurban Qurbanov aylıq 50 min dollar maaş almır, rəqəmlər şişirdilib.

"Göstərilən rəqəm həqiqəti əks etdirmir. Baş məşqçinin maaşı ən azı iki dəfə şişirdilib",-deyə N.İbrahimov açıqlamasında bildirib.

Mətbuat katibi baş məşqçinin nə qədər maaş aldığını açıqlamayıb.

Qeyd edək ki, yerli KİV-də Azərbaycan klublarında çalışan baş məşqçilərin aldığı maaşla bağlı rəqəmlər açıqlanıb. İddia edilib ki, ən çox maaşı "Qarabağ" klubunun məşqçisi Qurban Qurbanov alır - 50 min ABŞ dolları.

Yayılan məlumatda baş məşqçilərin maaşı aşağıdakı kimi göstərilib:

1 - Qurban Qurbanov - 50.000 dollar (aylıq), illik 600 min dollar
2 - Roman Qriqorçuk - 400.000 dollar (illik)
3 - Vəli Qasımov ("Neftçi"nin keçmiş baş məşqçisi) - 10.000 manat (aylıq)
4 - Şahin Diniyev ("Kəpəz") - 8.000 manat 
5 - Zaur Svanadze ("İnter") - 5.000 dollar
6 - Adil Şükürov ("Zirə") - 4.000 manat
7 - Samir Abbasov ("Sumqayıt") - 3.500 manat
8 - Tərlan Əhmədov ("AZAL") - 2.000 manat
 
BAKU.WS