SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli koronavirusa yoluxub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.

69 yaşlı mütəxəssis Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlandığını söyləyib.

Çaçiç həmin şəxslərin XIV turda "Hayduk"la səfər görüşündə iştirak etməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Hayduk" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

BAKU.WS