SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya "Hayduk"a qarşı Xorvatiya Super Kuboku uğrunda oyunu buraxacaq.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.

O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, iyulun 9-da "Maksimir" stadionunda oynanılacaq "Dinamo" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

BAKU.WS