Şota Arveladze "Hall Siti"dən getdi

Şota Arveladze Hall Sitidən getdi
İdman 63

Acun Ilıcalının sahibi olduğu, İngiltərənin “Hall Siti” komandası baş məşqçi Şota Arveladze və köməkçi məşqçi Peter van der Ven ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Endi Dauson daimi təyinat olana qədər müvəqqəti baş məşqçi vəzifəsini icra edəcək.

Acun Ilıcalı "Şota ilə komandanın istiqamətini və klubun gələcəyini müzakirə etmək üçün bir sıra görüşlər keçirdik. Bu görüşlər davam etdikcə fikirlərimizin üst-üstə düşmədiyi məlum oldu, ona görə də yollarımızı ayırmaq qərarına gəldik. İndi diqqətimiz Endiyə və komandaya dəstək olmaq və bu klubu irəli aparmaq üçün mümkün olan ən yaxşı namizədi tapmaqdır", - deyə bildirib.

Qeyd edək ki, 48 yaşlı baş məşqçi bu ilin yanvarında Çempionşip təmsilçisi ilə 2,5 illik sözləşmə imzalamışdı.

Oxşar xəbərlər

“Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi

“Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi

“Neftçi” gürcüstanlı futbolçu transfer edib. BAKU.WS-in Report-a istinadlaməlumatına görə, bu, 24 yaşlı Vaxtanq Arveladzedir. O, ikinci hücumçu mövqeyində çıxış...

72 İdman 14:35 06 avqust 2022

Son xəbərlər