VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

BAKU.WS xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib.

Qrupdakı son oyunda millimiz böyükhesablı qələbəyə sevinib.

Qazaxıstanın qapısından üç cavabsız top keçirən yığmamız qrup mərhələsini 10 xalla və ikinci pillədə başa vurub.

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqlənib, daha bir qolu isə Maroçkin öz qapısına vurub.

Qeyd edək ki, Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.

***21:51

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

BAKU.WS xəbər verir ki, matçda üçüncü qol vurulub.

Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə Anatoli Nuriyev millimizin üçüncü qolunun müəllifi olub.

***21:32

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, Azərbaycan komandası 74-cü dəqiqədə qonaqları növbəti dəfə mərkəzə dəvət edib - 2:0.

Millimizin heyətində Filip Ozobiç hesab arasındakı fərqi artırıb.

21:20

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan komandası 67-ci dəqiqədə qonaqları mərkəzə dəvət edib.

Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqol müəllifi olub.

***20:50

Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.

BAKU.WS xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qeyd edək ki, qarşılaşmanın 35-ci dəqiqəsində rəqib azlıqda qalıb.

Qonaqların 3 nömrəli futbolçusu Nuralı Alip Renat Dadaşova qarşı kobudluğa görə ikinci sarı vərəqə və qırmızı vərəqə ilə cəzalandırılıb.

***20:30

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşır.

BAKU.WS xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə start fiti səslənib.

Hazırda oyunda hesab açılmayıb.

***19:01

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək Azərbaycan və Qazaxıstan milli komandalarının start heyətləri açıqlanıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Jafarguliyev 4 Mustafazade 6 Haghverdi 8C Makhmudov 9 Dadaşov 11 Sheydaev 14 Eddy 15 B. Hüseynov 19 Ozobić 21 Kökc

Qazaxıstan: 12 Shatskiy (GK) 3 Alip 5C Kuat 6 Zhumabek 7 Darabayev 10 Astanov 13 Kairov 18 Dosmagambetov 20 Orazov 21 Bystrov 22 Marochkin

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

BAKU.WS