VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında X tura yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Gülnar Məmmədova yarışın lideri Monika Soçko (Polşa) ilə sülhə razılaşıb.

Turnirin ən reytinqli şahmatçısı olan Günay Məmmədzadə isə Elina Danielyanla (Ermənistan) heç-heçə edib. Gövhər Beydullayeva da Sofi Milye (Fransa) ilə eyni nəticəyə imza atıb.

Azərbaycan millisinin digər üzvü Xanım Balacayeva isə İrina Bulmaqaya (Rumıniya) uduzub.

Bu turda qalib gələn Azərbaycan şahmatçıları Ləman Hacıyeva və Səbinə İbrahimova olub. Onlar müvafiq olaraq, Joka Qaal (Macarıstan) və Martina Folkovanı (Çexiya) məğlub edib.

Ülviyyə Fətəliyeva isə İnna Qaponenko (Ukrayna) ilə heç-heçəyə razılaşıb.

Bu nəticələrdən sonra Günay Məmmədzadə 7,5 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Onu son tur öncəsi lider Monika Soçkodan cəmi 0,5 xal ayırır.

Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 7 xalla 5-6-cı, Gövhər Beydullayeva 6,5 xalla 15-ci, Ləman Hacıyeva 6 xalla 25-ci, Xanım Balacayeva 6 xalla 30-cu və Səbinə İbrahimova 5 xalla 67-cidir.

BAKU.WS