Avropa çempionatı: Azərbaycanın şahmat yığması Almaniyanı məğlub etdi

Avropa çempionatı: Azərbaycanın şahmat yığması Almaniyanı məğlub etdi
İdman 89

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında III turun görüşləri keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə uduzub.

Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqiblərinə qalib gəlib. Günay Məmmədzadə ilə Xanım Balacayeva isə heç-heçəyə razılaşıblar.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan - Azərbaycan - 2:2

Vikdor Erdos - Şəhroyar Məmmədyarov - 0,5:0,5

Ferenc Berkes - Teymur Rəcəbov - 0,5:0,5

Tamas Banusz - Rauf Məmmədov - 0:1

Benjamin Gledura - Qədir Hüseynov - 1:0

Almaniya - Azərbaycan - 1:3

Elizabet Pets - Günay Məmmədzadə - 0,5:0,5

Josefin Haynemann - Gülnar Məmmədova - 0:1

Mari Hanna Klek - Xanım Balacayeva - 0,5:0,5

Melani Lubbe - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, ilk üç turda kişilər İtaliya, Serbiya və Almaniyadan üstün olublar. Qadınlar isə Türkiyə və İsveçi məğlub etsələr də, Gürcüstana uduzublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər