SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" - "Viktoriya" oyunu başa çatıb.

BAKU.WS xəbər verir ki, oyun "köhlən atlar"ın üstünlüyü ilə keçsə də qapılara qol vurulmayıb.

Cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da baş tutacaq.

***

21.49

"Qarabağ" - "Viktoriya" oyununda ikinci hissə başlayıb.

BAKU.WS xəbər verir ki, "köhlən atlar"ın üstünlüyü ilə keçən ilk hissədə qapılara qol vurulmayıb.

***

21.10

"Qarabağ" - "Viktoriya" oyununda ilk sarı vərəqə göstərilib.

BAKU.WS xəbər verir ki, "Viktoriya"nın oyunçusu Con Moskeranın Marko Veşoviçə olan kobudluğunu hakim sarı vərəqə ilə cavablandırıb.

***

20.45

Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" - "Viktoriya" oyununa start verilib.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma üçün biletlərin hamısı demək olar ki, satılıb.

Qarşılaşmanı Sloveniyadan olan hakimlər, Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç idarə edir.

VAR hakimləri isə Neyts Kaytazoviç, Yure Praprotnikdir.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BAKU.WS