VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem aradan qaldırılıb. 

BAKU.WS "Report"a istinadən xəbər verir ki, daha sonra qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb. 

Qeyd edək ki, Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranmışdı. 

Buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.

Yüklənmə görə, saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

BAKU.WS