SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rio Olimpiadasında çıxış edərək qızıl medal qazanan Usein Boltun bir qadınla yataqda şəkilləri ortaya çıxıb.
 
BAKU.WS-in məlumatına görə, İngiltərənin "Daily Mail" qəzeti yazıb ki, Cedi Duarte adlı braziliyalı tələbə çempion atletlə yataqda çəkilən fotolarını paylaşıb.
 
20 yaşındakı Duartenin şəkilləri ilk olaraq "El Globo" adlı bir saytda yayımlanıb. Şəkillərdən birində Boltun Duarteni yanağından öpdüyü əks olunub. Duarte "Extra" qəzetinə açıqlamasında məşhur bir atletlə birlikdə olduğunu fərq etmədiyini söyləyib. 

Digər tərəfdən, bazar günü 30 yaşına girən yamaykalı atlet Riodakı bir gecə klubunda səhərə qədər əylənib. 100, 200 və 4 × 100 metr bayraq yarışında qızıl medal qazanan Boltun Yamaykada iki ildir birlikdə olduğu bir sevgilisi var. 
 
Nazim Babayev
BAKU.WS