SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
ABŞ-da 13 yaşında şagirdlə cinsi əlaqəyə girən ingilis dili müəlliməsi hamilə qalıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə ABŞ-ın Texas ştatının Hyuston şəhərində bir məktəbdə qeydə alınıb. Aleksandriya Vera (24) adlı müəllimənin 2015-ci ilin yaz aylarından bəri şagirdlə münasibəti olub. Uşağın ailəsinin də bu münasibətə dəstək verdiyi məhkəmə protokollarında əks olunub.

Vera 8-ci sinif şagirdiylə əlaqəsinin yaz aylarında başladığını etiraf edib. 24 yaşındakı müəllimə şagirdinin məktəbə gəlmədiyi bir gün Instagram hesabına telefon nömrəsini yazaraq zəng etməsini söyləyib. Uşaq müəlliməsinə məktəbdən sonra birlikdə vaxt keçirməyi təklif edib. Bundan sonra cütlük münasibətə başlayıb. Məktəbdəki şagirdlərdən biri müəllimə ilə yeniyetmə arasındakı münsibətə şahid olduğunu bildirib: "Tələbə, müəllimənin ayaqlarından tutdu. Sonra onlar bunun haqqında danışdılar".
 
"ABC-13" televiziyasının iddiasına görə, müəllimə 13 yaşındakı şagirdin ailəsinə oğlanın sevgilisi kimi tanıdıb. Hadisə üzə çıxdıqdan sonra polisə təslim olan müəllimə şagirdin valideynlərini evinə dəvət etdiyini söyləyib. Müəllimə bildirib ki, şagirdin valideynləri bu münasibətə qarşı çıxmayıblar, hətta oğullarının Veranın evində gecə qalmasına icazə veriblər. 

Şagirdi ilə münasibəti olan müəllim Veranın yanvar ayından hamilə olduğu ortaya çıxıb. Bu xəbəri öyrənən uşağın valideynləri xoşbəxt olduqlarını söyləyiblər. ANcaq sonradan bu hadisə ictimaiətə çıxdıqdan sonra Vera polisə təslim olub. Müəllimə "kiçik yaşdakı uşağa cinsi istismar" ittihamı ilə mühakimə olunacaq. 
 
BAKU.WS