SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Güldəstə Ruslan qızı Eminovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

BAKU.WS