SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

BAKU.WS Report-a istinadla xəbər verir ki, “köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda 4 cütdən biri ilə və ya Kiprin “Apollon” (Limassol) klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionunun “Pünik” (Ermənistan) - “Düdelanj” (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya)

“Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan) cütünün qalibi

HİK (Finlandiya) - “Viktoriya” (Plzen, Çexiya)

“Qarabağ” (Azərbaycan) - “Sürix” (İsveçrə)

“Jalgiris” (Litva) - “Malmö” (İsveç)

Səpələnməmişlər

“Lüdoqorets” (Bolqarıstan) - “Şemrok Rovers” (İrlandiya)

“Maribor” (Sloveniya) - “Şerif” (Moldova)

“Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç)

“Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya)

“Apollon” (Limassol, Kipr)

“Pünik” (Ermənistan) - “Düdelanj” (Lüksemburq)

Liqa Yolu
Səpələnmişlər

“Benfika” (Portuqaliya)

“Reyncers” (Şotlandiya)

“Dynamo” (Kiyev, Ukrayna) - “Fənərbağça” (Türkiyə) cütünün qalibi

PSV (Niderland)

Səpələnməmişlər

“Monako”

“Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi

“Şturm” (Qrats, Avstriya)

“Yunion” (Belçika)

Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.

BAKU.WS