SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev bu gün braziliyalı adaşı Rafael dos Anjosla qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, onlar Las-Veqasdakı "UFC Apex" arenasında keçiriləcək UFC Fight Night turnirində döyüşəcəklər. Rafael Fiziyev dvizionda reytinqcə 10-cu, rəqibi isə 7-ci pillədə qərarlaşıb. Fiziyevin qələbəsi onun titul uğrunda döyüşünü bir qədər də yaxınlaşdıracaq. Həmyerlimiz indiyədək MMA qaydası ilə keçirdiyi 11 döyüşün 10-da qələbə qazanıb. O, UFC-də son 5 döyüşünü udub.

Rafael Fiziyev döyüş üslubuna görə, UFC-də "Matritsa" ləqəbini qazanıb. Qeyd edək ki, Rafael - Fiziyev döyüşündən başqa həmin gecə rus döyüşçü Səid Nurməhəmmədov da oktaqona çıxacaq. 

BAKU.WS