Azərbaycan çempionu “Lex”lə qarşılaşma üçün Poznanda - VİDEO

Azərbaycan çempionu “Lex”lə qarşılaşma üçün Poznanda - VİDEO
Video
İdman 65

Azərbaycan çempionu “Qarabağ” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Polşanın Poznan şəhərinə səfər edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Lex”-“Qarabağ” oyunundan öncə baş tutacaq mətbuat konfransı və təmsilçimizin media üçün açıq məşqinin (15 dəqiqə) vaxtı da müəyyənləşib.

Belə ki, bu gün Bakı vaxtı ilə 20:40-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. 21:00-da isə Ağdam təmsilçisi “Poznan” stadionunda məşqə çıxacaq.

Oxşar xəbərlər

Son xəbərlər