SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov finalda uduzduqdan sonra fikirlərini bölüşüb.
 
Apasport.az saytı xəbər verir ki, o, məğlub olmasını yorğunluqla əlaqələndirib.

- Təbrik edirik. Milli komandamıza ikinci gümüş medal qazandırdınız. Görüş haqqında nə deyə bilərsiniz?

- Düzdü, bura gələndə bir az yorğun idim, ancaq 2 həftə qabaq gəlməyimiz öz sözünü dedi. Yaxşı istirahət etdim, döyüşlərə hazır vəziyyətdə çıxmışdım. İlk görüşlərdən hər şey qaydasında idi. Ancaq yarımfinalda ukraynalı idmançı üstümə var gücü ilə gəldi və məni yordu.  

- Finaldakı rəqibinə 2009-cu ildə İrəvanda finalda qalib gəlib, çempion olmuşdunuz. O vaxtdan indiyədək nə dəyişib?

- Eyni rəqibdi, ancaq məndən daha çox "artırıb”. Daha 3-4 dəfə yenə qarşılaşmışıq. Bir dəfə Avropa Çempionatının finalında, Qran-Prilərdə. Daha çox mən qalib gəlmişdim. Yarımfinalla finalın arasında çox az vaxt olur. İstirahət vaxtımız çox az oldu.

- Hazırda evinizdə çəkiliş qrupu var və valideynlərinlə birlikdə izləyirdilər finalı...

- Tək bu nəticəyə görə yox, idmanda verdiyim bütün nəticələrə görə birinci növbədə atama minnətdaram. İlk mükafatımı qazanana kimi mənə çox dəstək olub. İlk mükafatımı 2007-ci ildə qazanmışam ölkə səviyyəsində, o vaxta qədər valideynlərim mənə çox dəstək olublar. Onlara minnətdaram.

- Azərbaycan cüdosunun tarixində Olimpiadada iki gümüş medal ilk dəfədi. Sabah da sonuncu təmsilçimiz mübarizə aparacaq. Gözləntiləriniz nədi?

- Onun çəkisində bir idmançı var ki, qalibdi. 2007-ci ildən bəri cəmi iki dəfə uduzub. (Fransız idmançı Teddi Rineri nəzərdə tutur - red.) Çempion olmaq şansı az olsa da, medal qazanacağına inanıram.
 
BAKU.WS