SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında top qovan oyunçuların transfer dəyəri son dövrlərdə xeyli bahalaşıb. Buna səbəb ölkəmizi avrokuboklarda təmsil edən "Qarabağ" klubunun uğurlu çıxışlarıdır.

BAKU.WS xəbər verir ki, klubun əldə etdiyi uğurlar və mərhələ adlaması Ağdam təmsilçinin futbolçularının transfer qiymətinin bahalaşması ilə nəticələnib. Bundan əlavə "Qarabağ"ın üzvlərindən Avropa klublarına transfer olunan da olub.

"Qarabağ"ın uğurlu çıxış etməsi yerli çempionatdakı klubları da hərəkətə gətirib. Belə ki, klublar daha sanballı transferlər etmək və sağlam rəqabətə girmək məcburiyyətində qalıblar. Eyni zamanda digər furbolçuların öz ustalıqlarını artırması transfer dəyərinə ciddi təsir göstərib.

İdmançıların transfer qiymətlərini müəyyənləşdirilməsilə ixtisaslaşmış “Transfermarket” vasitəsilə ən bahalı futbolçuların siyahısını təqdim edirik:

1. Abdullah Zubir - "Qarabağ" klubu - 1,2 milyon avro

 1. Emin Mahmudov - "Neftçi" klubu - 1,2 milyon avro

 2. Qara Qarayev - "Qarabağ" klubu - 1 milyon avro

3. Kevin Medina - "Qarabağ" klubu - 900 min avro

 4. Şahrudin Məhəmmədəliyev - "Qarabağ" klubu - 800 min avro

 4. Filip Ozobiç - "Qarabağ" klubu - 800 min avro

5. Yusuf Laval - "Neftçi" klubu - 750 min avro

 5. Patrik Andrade - "Qarabağ" klubu - 750 min avro

5. Marko Veşoviç - "Qarabağ" klubu - 750 min avro.

Orxan Hüseyn
BAKU.WS