SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliya millisinin üzvü, "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldonun oğlu kiçik Kriştianu klubla rəsmi müqavilə bağlayıb.

BAKU.WS xəbər verir ki, təqdimat mərasimindən görüntüləri ata Ronaldonun sevgilisi Corcina Rodriges şəxsi instaqram səhifəsində paylaşıb.

Paylaşımda 11 yaşlı kiçik Kriştianu "qırmızı şeytanlar"ın 7 nömrəli formasını nümayiş etdirib. O da atasının çıxış etdiyi nömrəli formada çıxış edəcək. Kiçik Kriştiano da daha əvvəl "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında klubunu tərk edib.

Xatırladaq ki, Kriştianu "Mançester Yunayted"lə 2021-ci ilin yayında ikinci dəfə müqavilə bağlayıb. 37 yaşlı hücumçu 2003-2009-cu illərdə də bu klubun formasını geyinib.

BAKU.WS