VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA-nın təşkil etdiyi VAR (video-köməkçi hakim) kurslarına qatılan Azərbaycan hakimlərinin adları bəlli olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilovun verdiyi məlumata görə, kurslarda Premyer Liqada idarəçilik edən bütün referilər və I Divizionun 3 ədalət təmsilçisi iştirak edirlər.

Həmin hakimlərdən Elçin Məsiyev, Əliyar Ağayev, Rauf Cabbarov, Kamal Umudlu, Rəşad Əhmədov, Rauf Allahverdiyev, İnqilab Məmmədov, Vüqar Həsənli, Ravan Həmzəzadə, Fərid Hacıyev Premyer Liqa, Nicat Ismayılli, Tural Qurbanov, Cavid Cəlilov I Divizionda oyunları idarə edirlər.

Cəlilov bildirib ki, dekabrın sonunda seminarın daha bir mərhələsi olacaq və ondan sonra hakimlərə sertifikat veriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında VAR sistemindən 2022-ci ilin fevralından istifadə olunacağı gözlənilir.

BAKU.WS