FİDE 13 yaşlı türkiyəli oğlanı dünyanın ən gənc qrossmeysteri kimi qeydə aldı

FİDE 13 yaşlı türkiyəli oğlanı dünyanın ən gənc  qrossmeysteri kimi qeydə aldı
İdman 77

Türkiyəli şahmatçı Yağız Kaan Erdoğmuşun Qrossmeyster (GM) titulu FİDE tərəfindən təsdiqlənib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13 yaşlı idmançı həm də dünyanın ən gənc qrossmeysteri olub.

Türkiyə Şahmat Federasiyasından verilən açıqlamada 2011-ci ildə Bursada anadan olan qrossmeyster Yağız Kaan Erdoğmuşun uğuru təbrik edilib.

“Son aylarda bütün normalarını tamamlayan və GM tituluna vəsiqə qazanan gənc ulduzumuz Yağız Kaan Erdoğmuşun yeni titulu FİDE tərəfindən təsdiqlənib. Dünyanın ən gənc Qrossmeyster ünvanına sahib olan idmançı Yağız Kaan Erdoğmuşu ürəkdən təbrik edirik”, - deyə məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər