SİZİN REKLAM BURADA!
055 213 76 73


İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda fərq 4 topa çatıb.

BAKU.WS xəbər verir ki, "Makkabi"nin 4-cü qolunu oyunun 69-cu dəqiqəsində Mohammad Abu Fani vurub.

***

21.52

"Makkabi" (Hayfa) və "Neftçi" komandalarının oyununda rəqib "ağ-qaralar" üzərində üstünlüyünü artırıb.

BAKU.WS xəbər verir ki, "Makkabi"nin 2-ci qolunu oyunun 45-ci dəqiqəsində Omer Atzili "Neftçi"nin qapısından keçirib.

İlk hissə elə bu hesabla da başa çatıb.

***

21.20

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında baş tutan cavab oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, hesabı 19-cu dəqiqədə Sun Menachem açıb.

Hazırda iki komanda arasında yekun hesab 4:3-dür.

***

21.04

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Sami Ofer" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

BAKU.WS