Qurban Qurbanov: "Bakıda mərhələni keçməyə çalışacağıq"

05
avq
2021
23:58
"Səfər qolu əvvəl üstünlük idi. Amma indi belə deyil".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bərabərliyin pis nəticə olmadığını bildirib: "Hər iki komanda üçün vəziyyət eynidir. Biz Bakıdakı oyunda mərhələni keçməyi düşünəcəyik. Qol vurmaq və qol buraxmamaq üçün çalışacağıq".
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Qarabağ" bərabərlik qolunu vurdu - YENİLƏNİB/ VİDEO
Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib. BAKU.WS xəbər verir ki...