SİZİN REKLAM BURADA!
055 213 76 73


Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

BAKU.WS xəbər verir ki, oyunun 93-cü dəqiqəsində Abdullah Zubir hesabı bərabərləşdirib.

***

22.42

Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 69-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Stefan Şçepoviç penaltidən fərqlənməklə komandasını önə keçirib.

Qeyd edək ki, qarşılaşma Larnaka şəhərindəki "AEK Arena"da oynanılır.

***

19.57

Kiprdə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək AEL və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

AEL: 1. Vozinya, 4. Andrey Teişeyra, 13. Bruno Santos, 44. Kire Ristevski, 27. Robert Mazan, 6. Slobodan Medoyeviç (Serbiya), 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Scepoviç, 16. Manuel Torres, 17. Euller

Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tjin Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stylianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteripu, 50. Andriya Maydevaç, 73. Bryan Pele, 77. Matko Babiç

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev

Qeyd edək ki, bu gün Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

BAKU.WS
VİDEO