SİZİN REKLAM BURADA!
055 213 76 73


"Neftçi" və "Olimpiakos" komandaları arasında oyun başa çatıb.

BAKU.WS xəbər verir ki, hesab qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.

***

21:17

"Neftçi" və "Olimpiakos" komandaları arasındakı oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, oyunun 15-ci dəqiqəsində "Olimpiakos"un heyətində Giorqos Masuras hesabı açıb.

***

21:02

"Neftçi" və Yunanıstanın "Olimpiakos" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Bakcell Arena"da keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Görüşü ispaniyalı FIFA referisi Rikardo de Burqos idarə edir.

Qeyd edək ki, Pirey şəhərindəki ilk matçda "Neftçi" rəqibinə 0:1 hesabı ilə uduzub.

***

19:43

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Neftçi" və Yunanıstanın "Olimpiakos" klublarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Neftçi": 30A. Mammadov (GK)3Mbodj6Stanković8MakhmudovC10Meza Colli11Harramiz14Basque24Lawal26Buludov29Bougrine36Kane

Baş məşqçi: Samir Abasov

"Olimpiakos": 88Tzolakis (GK)3Rúben Semedo9Ahmed Hassan18Kunde Malong19Masouras24Ba25Markovic27Lala28ValbuenaC66Cisse90Sourlis

Baş məşqçi: Pedro Martins

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 21:00-da start götürəcək.

BAKU.WS