FİFA yığmaların aylıq reytinq cədvəlini açıqlayıb. 

BAKU.WS-in məlumatına görə, milli komandamız reytinq siyahısında geriləyib. Yığmamız aktivindəki 291 xalla reytinq cədvəlində 4 pillə düşərək 110-cu sırada qərarlaşıb. 

Reytinq siyahısının ilk üç pilləsində isə Argentina (1442), Belçika (1269) və Almaniya (1248) yığmaları qərarlaşıb. Kolumbiya 1224 xalla 4-cü pillədəki yerini qoruyub saxlayıb. İlk beşliyi 1209 xalla 2014-cü futbol üzrə Dünya Çempionatının ev sahibi Braziliya tamamlayıb. 

Reytinq cədvəlindəki digər yığmalardan Rusiya 780 xalla 32-ci, Ermənistan 394 xalla 83-cü, Türkiyə yığması isə 635 xalla 46-ci pillədə yer alıb.
 
ŞAHİN Həbibov
BAKU.WS