SİZİN REKLAM BURADA!
055 213 76 73


Şimali Makedoniya – Niderland görüşündə hesab 24-cü dəqiqəqə açıldı. Memfis Depay ardıcıl ikinci qolunu vurdu. Niderland 1:0 qalib gəlir.

BAKU.WS"Oxu.Az"a istinadən xəbər verir ki, Ukrayna – Avstriya görüşündə 21-ci dəqiqədə hesab açıldı. Kristof Baumqartner hesabı açdı. Şimali Makedoniya – Niderland görüşündə hesab açılmayıb.

***

19:38

Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-də qrup mərhələsinin oyunları davam edir.

Bu gün daha dörd qarşılaşma baş tutacaq.

Əvvəlcə, saat 20:00-da start götürəcək oyunlarda C qrupunda mübarizəyə yekun vurulacaq.

Niderland millisi Şimali Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Ukrayna yığması ilə Avstriya ilə qarşılaşacaq.

Qeyd edək ki, son oyun öncəsi niderlandlılar qrupdan çıxmağı təmin ediblər. Eyni xala malik Ukrayna və Avstriya yığmalarının görüşü isə daha böyük maraqla gözlənilir.

Artıq hər iki oyunda komandalar start heyətlərini açıqlayıblar.

Şimali Makedoniya – Niderland

Baş hakim: İstvan Kovaç (Rumıniya).

Amsterdam. Yohan Kroyf Arena.

Şimali Makedoniya: 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 7. İvan Triçkovski, 8. Ezqyan Alioski, 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 17. Enis Bardi, 21. Elyif Elmas.

Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 16. Rayan Qravenberx, 17. Deyli Blind, 18. Donyell Malen, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.

Ukrayna – Avstriya

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

Buxarest. Milli Arena.

Ukrayna: 1. Georgi Buşçan, 5. Sergey Sidorçuk, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.

Avstriya: 13. Daniel Baxmann, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 7. Marko Arnautoviç, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 10. Florian Qrilliç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.

BAKU.WS