12 milyonluq "Qarabağ" özündən qat-qat bahalı klubları geridə qoydu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda Kiprdə “Omoniya"ya 4:1 hesabı ilə qalib gələn "Qarabağ" xalını 4-ə yüksəltməklə qrup lideri olub.
BAKU.WS xəbər verir ki, "Qarabağ" qrupda lider olmasına baxmayaraq digər klublarla müqayisədə komanda dəyəri ən az olan kollektivdir.
Büdcəsi az olmasına baxmayaraq təmsilçimiz komanda oyunu göstərməklə və əzmkarlığı ilə üstün klub olmasını nümayiş etdirib.
İdmançıların transfer qiymətlərini müəyyənləşdirilməsilə ixtisaslaşmış “Transfermarket”də qeyd olunur ki, Ağdam təmsilçisinin ümumi dəyəri 12,28 milyon avro təşkil edir.
"Qarabağ"ın rəqibləri “Bazel”in 62,55 milyon avro, “Kayrat”ın 21,40 milyon avro, “Omoniya”nın isə ümumi dəyəri 16,88 milyon avrodur.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Omoniya" ilə oyunda ehtiyatlı olmalıyıq"
"Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. "Omoniya" həmin rəqiblərdə...