VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avrokubok iddiası olmasa da, hər iki klub pozitiv futbol nümayiş etdirdi. Sevindirici haldır ki, komandam 2 top fərqi ilə geriyə düşsə də, oyun nizam-intizamını qorudu və sonadək mübarizə apardı. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, futbol emosiyalar oyunudur: "Bizim gördüklərimizi hakimlər fərqli görür. Fikrimcə, bir epizodda penalti təyin olunmalı idi. Mənə görə, qayda pozuntusu idi. Hakimlər barəsində danışmaq istəmirəm. Amma necə ki biz həftəlik planımızı qururuq, Hakimlər Komitəsi də təyinat alan referinin idarəçiliyini analiz etsin. Bilirəm, qaydalara ziddir. Lakin hakimin harada düz, harada səhv qərar verdiyini açıqlasalar, bəlkə biz də rahatlıq taparıq. Ümumi götürəndə, hakim bugünkü oyunu normal idarə etdi".

Baxşıyevin sözlərinə görə, komandasının xallar itirməsində həkimlərlə yanaşı, öz səhvləri də olub: "Keçmişə qayıtmaq, bunun üstündə dayanmaq istəmirəm. Bizi düşündürən komandanın oyunudur. Futbolçular meydanda nə etmək istədiklərini başa düşürlər. Sevindiricidir ki, sonradan meydana girənlər oyunumuzu gücləndirdilər".

BAKU.WS