Azərbaycanlı güləşçi Rəsul Çunayevi Olimpiadadan məhrum etdi

Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev Olimpiadaya vəsiqə qazana bilməyib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Çunayev il yarımlıq fasilədən sonra Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində döşək üzərinə çıxıb.
O, ilk mərhələdə Moldova təmsilçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb (4:4). Çunayev daha sonra yerli güləşçini xalçadan məyus yola salıb (6:0). Ancaq 1/4 finalda Ukrayna millisinin azərbaycanlı güləşçisi Pərviz Nəsibova 2:3 hesabı ilə uduzub.
Həmçinin Murad Məmmədov, Murad Lokyayev və Beka Kandelaki də uduzub. Bu isə o deməkdir ki, yunan-Roma güləşində 60, 67, 97 və 130 kq çəki dərəcələrində Azərbaycan təmsil olunmayacaq.
Yalnız ikiqat Avropa çempionu, dünya mükafatçısı Rafiq Hüseynovun Olimpiadaya lisenziya şansı qalıb. O, koreyalı (rəqibi yarışda iştirak etməyib), hindistanlı (8:0) və əlcəzairli (9:0) rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Əgər o, Bakı vaxtı ilə saat 20:00-dan sonra başlayacaq həlledici görüşdə finala vəsiqə qazansa, Olimpiadaya lisenziyanı təmin etmiş olacaq.
Oxşar xəbərlər
İslam Abbasov: “Olimpiya lisenziyası mənim üçün ad günü hədiyyəsi oldu”
Yunan-Roma güləşində ilk olimpiya lisenziyamızın sahibi İslam Abbasov oldu.Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində 87 kq-...