Futbolçuların bu reaksiyası Rəşad Sadıqovu qürurlandırır - VİDEO

"Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı bərabərə qaldıqları Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bəzi futbolçuların ayaq üstə güclə dayandığını söyləyib: "3-4 gün əvvəl 120 dəqiqə kubok matçı oynamışıq. Bu gün fiziki cəhətdən ciddi problemlərin olacağı bəlli idi. Oyunçular sonadək təslim olmadılar. "Qarabağ" bizdən daha yaxşı oynayırdı. Futbolçularımız başları yuxarı sonadək mübarizə apardılar. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Ağır dönəmdən keçirik. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. 3 oyunumuz qalıb. Sonadək mübarizə aparmağa çalışacağıq".
Oxşar xəbərlər
Qurban Qurbanov: "Mövsümün sonunda Mahir Emreliyə təklifimiz olacaq"
"Deyiləcək söz yoxdur. Son neçə oyundur ki, qol vurmaqda çətinlik çəkirik. Amma yaradıcılıqdan razıyam. Oyunçular qrafikə görə də əziyyət çəkirlər. Futbolçuları...