SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Bakıdakı qarşılaşmalar beynəlxalq dərəcəli hakimlərə həvalə olunub.

"Keşlə" - "Neftçi" görüşünü Əliyar Ağayev, "Səbail" - "Qarabağ" matçını isə çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

Qeyd edək ki, turun daha 2 oyunu mayın 4-də keçiriləcək. "Qarabağ" "Zirə"ni, "Sumqayıt" isə "Sabah"ı qəbul edəcək.

BAKU.WS