SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı üçün hakim təyinatları açıqlanıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, oyunun baş hakimi Portuqaliya Futbol Federasiyasından Joao Pinyeyro olacaq. Ona Tiaqo Joze Pereyra Kosta və Pedro Ribeyro köməklik edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.

Georgi Yordanov (Bolqarıstan) hakim-inspektor, Nikoloz Jqarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

BAKU.WS