Rusiyalı ağırlıqqaldıran Aminat Masxadova 8 il müddətinə cəzalandırılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, buna 35 yaşlı idmançının antidopinq qaydalarını pozması səbəb olub.

Onun cəzası 2023-cü il avqustun 12-dən etibarən qüvvədə olacaq. Masxadova 2016-cı ildə də 8 illik cəzaya məruz qalıb.

Qeyd edək ki, Aminat Masxadova 5 qat Rusiya çempionudur.

BAKU.WS