VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Monteneqro ilə bizim adət etmədiyimiz vaxtda oynadıq. Meydanın vəziyyəti də istənilən səviyyədə deyildi”.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Qara Qarayev deyib.
Komandanın vitse-kapitanı Millətlər Liqasının sabah keçiriləcək Kiprlə oyununa həsr olunan mətbuat konfransına qatılıb. Futbolçumuz Albaniyada təşkil olunacaq C liqasının 1-ci qrupunun görüşü barədə fikirlərini bildirib: “Təbii ki, bunlar bəhanə olmamalıdır. Məğlubiyyət futbolçularda narahatlıq yaradıb. Kiprlə millisi oyuna daha çox diqqət ayırmışıq. Baş məşqçi rəqibi yetərincə analiz edib. Biz də lazım olan məlumatı toplamışıq. Kiprin heyətində dəyişiklik var. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq. İndiki vəziyyətdə oyuna köklənmək çox çətindir. İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik. Bu cür məlumatlar əsasında oyuna köklənmək işimizi çətinləşdirir. Çünki bütün fikrimiz cəbhədə mübarizə aparan hərbçilərimizin yanındadır. Onlar canları bahasına orada mübarizə aparırlar. İnanıram ki, bu dəfə daha yaxşı motivasiya olacaq və lazım olan nəticəni əldə edəcəyik”.
Qeyd edək ki, “Elbasan Arena”da baş tutacaq IV turunun qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

BAKU.WS