Ziya Məmmədov Bakıda ikinci pullu yolun olmasını istəyirmiş
"Böyük Bakının Regional İnkişaf Planı” (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub”.
BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib. Komitə sədri bildirib ki, hazırda layihəyə ekspertlər baxış keçirir. Baxışdan sonra Nazirlər Kabineti layihəni təsdiqləyəcək.
Layihədə bir çox yenilik olacağını deyən A. Ələsgərov vurğulayıb ki, bu dəyişikliklərə müvafiq nazirliklərin hər biri mövqeyini bildirib: "Layihə ilə bağlı nazirliklərin verdiyi təkliflərin bəziləri ilə razılaşsaq da, bəziləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri Ziya Məmmədov bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Ancaq bizdə bir pullu yol var. Ona görə də nazirliyə cavab verdik ki, Bakıda bir pullu yol kifayət edir”.
Arzu Mirzəyeva
BAKU.WSws
Oxşar xəbərlər
Baş həkim: "Pul istəyən həkimin gözünü çıxartmaq lazımdır"
"Pul vermirsə, xəstəyə baxmıram” deyən həkimin gözünü çıxartmaq lazımdır”. BAKU.WS xəbər verir ki, bunu 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov Len...