"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 44 % artıb
"Ziraat Bank Azərbaycan" ASC 2025-ci ili 23,254 milyon manat xalis mənfəətlə başa vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 60,3 % çoxdur.
Ötən il "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 109,963 milyon manat (əvvəlki ilə nisbətən 47,9 % çox), əməliyyat xərcləri 65,864 milyon manat (56,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 14,555 milyon manat (3,8 % çox), gözlənilməz gəlirləri 106 min manat (0,9 % az), mənfəət vergisi ödəmələri isə 6,397 milyon manat (63,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 367,735 milyon manat olub ki, bu da illik müqayisədə 48,5 % çoxdur. Bunun 766,855 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 44,8 % böyüyüb.
İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 44,1 % artaraq 63,616 milyon manata çatıb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 53,3 % artaraq 1 milyard 207,066 milyon manata, o cümlədən depozit portfeli 20,7 % artaraq 682,702 milyon manata, balans kapitalı isə 20,3 % artaraq 160,669 milyon manata çatıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Oxşar xəbərlər
Regionun ekoloji bərpasında mühüm rol oynayan "Suqovuşan" su anbarı
Uzun illər işğal altında qaldıqdan sonra bərpa edilən "Suqovuşan" su anbarı artıq təkcə texniki obyekt deyil, regionun ekoloji dirçəlişində mühüm rol oynayan st...