Zəfər Günü ilə bağlı bu gecədən bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılması "Zəfər" abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
"Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Erkən nikahlar gələcəkdə hansı faciələrə səbəb olur? - Ekspertlərdən AÇIQLAMA
Son illər ölkəmizdə erkən nikaha cəlb edilən qızların sayı artıb. Bir neçə gün öncə Zərdabda aidiyyəti qurumlar tərəfindən erkən evliliyin qarşısının alınması v...
