Zaqatalada sinif yoldaşları ilə birgə avtomobillə vurulan məktəblinin vəziyyəti AÇIQLANDI
Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə report-a KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
R.Məmməd bildirib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.
Qeyd edək ki, hadisə fevralın 8-i rayonun Göyəm kəndində qeydə alınıb. Belə ki, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...