Zaqatalada keçmiş məcburi köçkünlərin yaşadığı ərazidə PROBLEM: "Ətrafı qoxu bürüyüb"

Zaqatala rayonunun Aşağı Tala kəndində keçmiş məcburi köçkünlərin məskunlaşdığı ərazidə ciddi narazılıq yaranıb.
Sakinlərin BAKU.WS-ə dediyinə əsasən, regional su idarəsin ərazidə böyük bir gölməçə yaradıb və bu, onların gündəlik həyatına ciddi maneələr yaradır.
Vətəndaşlar bildirirlər ki, gölməçədən yayılan iyrənc qoxu səbəbindən evdə oturmaq belə çətinləşib. Ərazidən cəmi 20 metr aralıda yerləşən uşaq bağçası isə vəziyyəti daha da narahatedici edir.
Sakinlər qeyd edirlər ki, istifadə etdikləri su ilə bağlı ödənişi vaxtında etmələrinə baxmayaraq, göstərilən xidmətin keyfiyyətindən razı deyillər. Onlar dəfələrlə məsələ ilə bağlı müvafiq quruma müraciət etsələr də, şikayətlərinə baxılmadığını iddia edirlər.
Görüntüləri olduğu kimi tqədim edirik:
Oxşar xəbərlər
Azərbaycanda avqustda 39 kiberhücum indikatoru bloklanıb
Bu ilin avqust ayında Azərbaycanda 39 kiberhücum indikatoru müəyyən edilib. BAKU.WS xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət...
