Zabrat qəbiristanlığı baxımsız halda: Sakinlər yaxınlarını ziyarət edə bilmirlər
Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən qəbiristanlıq baxımsız haldadır.
Ərazidəki qamışlar qəbirlərin üzərini örtüb və qəbiristanlıq artıq ziyarətolunmaz vəziyyətə düşüb.
Həmçinin ərazidə gölməçə də yaranıb.
40 mindən çox məzara məkan olan qəbiristanlıq uzun müddətdir, gözdən iraq, təmizlikdən uzaqdır.
Sakinlərin sözlərinə görə, onlar yaxınlarını ziyarət edə bilmirlər, əsas problem qəbiristanlıqdakı gölməçənin qəbirləri suya qərq etməsidir.
Məsələ ilə bağlı Zabrat Bələdiyyəsinin sədr müavini Hikmət Alıyev Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, yaxın zamanda bura maliyyə ayrılsa, məsələ həllini tapa biləcək.
Oxşar xəbərlər
Sabah Bakıda 24 dərəcə İSTİ OLACAQ
Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidromete...