Yüzə yaxın imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi əlilləri də daxil olmaqla daha 94 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq (valideynlərindən birinin müşayiəti ilə) sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasına yola salınan həmin şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq “Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər.
2021-ci ilin ötən dövründə Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə 1 954 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...