Yüzdən çox təqaüdçünü aldadan qadın hakim qarşısına çıxarılır
Azərbaycanda 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədovanın işi üzrə ibtidai istintaq yekunlaşıb.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.
Sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işində 60-dan çox şəxs zərərçəkmiş kimi tanınıb.
Xatırladaq ki, bu ilin iyununda ölkə ərazisində, əsasən, təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər əsasında əməliyyat-texniki tədbirlər keçirilib. Nəticədə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Meyvə-tərəvəz bazarında qiymətlər necədir?
Yeni il bayramı bitsə də bazarlarda bəzi məhsulların qiymətində artım müşahidə edilir. Amma bəzi məhsullarda xeyli ucuzlaşma var. BAKU.WS Xəzər TV-yə istinadən...